“ONE” konteyner sıralamasında “Evergreen”-i qabaqlayır
“ONE” dünya üzrə konteyner sıralamasında “Evergreen”-i arxada qoyaraq altıncı olub. Amma fərq azdır və çox güman ki, yaxın gələcəkdə “Evergreen” reytinqdə beşinci pillə uğrunda mübarizə apara biləcək.
"Seanews.az" xəbər verir ki, “ONE”-nin ümumi yükgötürmə qabiliyyəti indi 1 681 897 TEU-ya çatıb ki, bu da “Evergreen”-in 1 673 600 TEU olan ümumi konteyner donanmasının tutumundan cəmi 8,3 min TEU çoxdur.
Buna baxmayaraq, çox güman ki, “ONE” ən böyük konteyner xətləri sıralamasında yerini saxlaya bilməyəcək, çünki “Evergreen”-in sifariş kitabında ümumi tutumu 840 min TEU-dan çox olan konteyner gəmiləri var, “ONE”-nin sifarişi isə 471 min TEU-dan çox deyil.
Nəşr yazır: "Bu sifarişlərlə, “Evergreen” bəlkə də “Hapag-Lloyd”-a meydan oxuya və beşinci yer uğrunda mübarizə apara bilər".
Öz növbəsində, “Hapag-Lloyd” şirkəti “HMM”-i satın alaraq “ONE” və “Evergreen”-i arxada qoya bilər.
Xatırladaq ki, “Hapag-Lloyd” şirkəti “HMM”-nin alınması üçün müraciət etmişdi. İyul ayında dövlətə məxsus Koreya İnkişaf Bankı (KDB) və “Korea Ocean Business Corp” (“KOBC”) 2016-cı ildə borcun səhmlərə dəyişdirilməsindən sonra hökumətin nəzarətinə keçən “HMM”-nin 57,87%-ni satmaq üçün tender keçirmişdi. Pandemiya dövründə gəmiçilik bumu “HMM”-ə rekord gəlir gətirdikdən sonra şirkətin hökumət dəstəyindən geri çəkilməsi qərara alındı.
“Alphaliner”-ə görə, reytinqdə birinci yeri konteyner parkının ümumi tutumu 5,2 milyon TEU-dan çox olan “MSC” tutur. İkinci yerdə “Maersk” (4,15 milyon TEU), üçüncü yerdə isə “CMA CGM” (3,5 milyon TEU) qərarlaşıb.
“Seanews.az”