Britaniya yanacağa qənaət etmək üçün yelkənli yük gəmisi inşa edir
Böyük Britaniyada elektrik güc qurğuları ilə birlikdə 37,5 metr hündürlüyündə polimer kompozitlərdən hazırlanmış qatlanan yelkənlərlə təchiz edilən quru yük gəmisi layihəsi hazırlanmışdır.
“Seanews.az” xəbər verir ki, layihə müəllifləri bunun yanacaq sərfiyyatını və atmosferə karbon emissiyalarını azaldacağına ümid bəsləyirlər.
Britaniyanın “BAR Technologies” şirkəti tərəfindən hazırlanan “Pyxis Ocean” gəmisi yaxın vaxtlarda Çindən Braziliyaya ilk sınaq səfərinə çıxacaq.
Yelkənlərin gündə bir yarım tona qədər yanacağa qənaət edəcəyi və yük gəmisinin istismar müddəti ərzində karbon emissiyalarını 30% azaldacağı gözlənilir. Hazırda gəmiçilik sənayesinin dünyada karbon qazı emissiyalarında payı təxminən 2,1% və ya 837 milyon ton təşkil edir.
Xatırladaq ki, “Norveçin Hurtigruten” kruiz şirkəti 2030-cu ilə qədər sıfır emissiyalı elektrik kruiz gəmisinin inşasını planlaşdırır.