Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“MSC Vivienne” konteynerdaşıyanı sifarişçiyə təhvil verilib

“MSC” gəmiçilik şirkəti LNG ilə işləməyə hazır 16 520 TEU tutumlu ikinci konteyner gəmisini təhvil alıb.

"Seanews.az" xəbər verir ki, gəmi “Çinin Dalian Shipbuilding” tərsanəsində (Çin Dövlət Gəmiqayırma Şirkətinə daxildir, “CSSC”) inşa edilib.

Konteyner gəmisi “MSC Vivienne” adlandırılıb. Uzunluğu 366 metr, eni 51 metr, suya oturumu 14,5 metr olan gəmi Liberiya bayrağı altında üzəcək.

Konteynerdaşıyan təmizləyici, enerjiyə qənaət edən texnologiyalar, o cümlədən sahildəki enerji mənbələrinə qoşulma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, bu seriyanın ilk gəmisi “MSC Chiyo” cari ilin iyununda istismara verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır