“SFT Türkiyə” konteyner gəmisi ilk dəfə Petrolesport terminalına yan alıb
Konteyner gəmisi “SFT Türkiyə” ilk dəfə Petrolesport terminalına yan alıb.
"Seanews.az" xəbər verir ki, gəminin uzunluğu 260 metr, eni 32 metr və tutumu 4253 TEU-dur.
Konteyner gəmisi Çindən Sankt-Peterburqa mal gətirib, burada isə Rusiya istehsalçılarının məhsullarını ixrac üçün götürəcək.
“SFT Türkiyə” “Global Ports”-un tərəfdaşları - Çin gəmiçilik xətləri “OVP” və “Safetrans”-in birgə xidməti çərçivəsində səfərlər edir. 2023-cü ildən Çin və Sankt-Peterburq limanları arasında həftəlik olaraq həm birbaşa, həm də Türkiyə limanına yan almaqla konteynerlərdə yük çatdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır