Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Grand Quest” gəmisi hər səfərdə 2,6 min avtomobil daşıyacaq

“Ford Australia” avtomobillərə böyük tələbat və çatdırılmalarda uzun gecikmələr fonunda bir avtomobil daşıyıcısı icarəyə götürüb.

“Seanews.az” xəbər verir ki, gəmi “Ford” avtomobillərini şirkətin Taylanddakı zavodundan Avstraliyaya daşıyacaq. Çarter müqaviləsi üç il müddətinə imzalanıb.

“Biz bilirik ki, indi yeni avtomobil almaq üçün ən yaxşı vaxt deyil - qlobal təchizat zəncirləri ilə bağlı problemlər və nəqliyyat imkanlarının az olması gözləmə müddətinin artmasına səbəb olur. Vaxtında çatdırılmanı təmin etmək üçün bir avtomobil daşıyıcısı icarəyə götürmüşük. “Grand Quest” adlı bu gəmi növbəti üç il ərzində “Ranger” və “Everest”ləri Yeni Zelandiya və Avstraliyadakı müştərilərə çatdıracaq. - deyə “Ford Australia”-nın sözçüsü bildirib.

“Grand Quest” avtomobil daşıyıcısı Britaniyanın “Polaris Autoliners” şirkəti tərəfindən idarə olunur. O, hər səfərdə 2,6 min avtomobili daşıya biləcək.

2022-ci ildə “Ford Australia” Avstraliyada 66,6 min avtomobil, o cümlədən 43,1 min “Ranger” və 10,3 min “Everest” satıb.

Avtomobillər Taylanddan göndərilir. “Ford” Taylandda Cənub-Şərqi Asiya və Sakit Okean bazarları üçün avtomobillərin istehsalına 3,4 milyard dollardan çox sərmayə qoyub. Keçən il isə şirkət avtomatlaşdırmanın gücləndirilməsi və “Rangers” və “Everest” də daxil olmaqla yeni modellərin, eləcə də bir sıra elektrik avtomobillərinin istehsalını genişləndirmək üçün Taylanddakı istehsal mərkəzinə 900 milyon dollar sərmayə qoyacağını bildirmişdi.

“Ford Australia” təchizat zəncirlərini təmin etmək istəyən yeganə şirkət deyil. Bu ilin may ayında “CEVA Logistics” (“CMA CGM”-ya daxildir) 10 il müddətinə dörd yeni avtomobil daşıyıcısını icarəyə götürəcəyini bildirmişdi. Tələbat fonunda “HMM” özünün ilk avtomobil daşıyıcılarının tikintisini sifariş edib. “Wallenius Wilhelmsen” daha 8 belə gəmi üçün seçim imkanı ilə 4 metanol və ammonyak avtomobil daşıyıcısı sifariş edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır