Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“MPC Container Ships” təkrar bazardan aldığı beş ekoloji təmiz konteyner gəmisindən sonuncusunu qəbul edib

Norveçin “MPC Container Ships” (“MPCC”) şirkəti təkrar bazardan aldığı beş ekoloji təmiz konteyner gəmisindən sonuncusu olan “AS Sabine”-ni qəbul edib.

"Seanews.az" xəbər verir ki, bundan əvvəl şirkət “AS Anne”, “AS Stine”, “AS Silje” və “AS Simone” gəmilərini donanmasına qatmışdı. Gəmilərin ümumi dəyəri 136,4 milyon ABŞ dolları qiymətləndirilir.

Alınan 9,2 min TEU tutumlu gəmilərin orta yaşı 4,6 ildir. “MPCC” gəmilərin adi gəmilərdən 30% daha səmərəli olduğunu təxmin edir.

“MPCC” təkcə gəmilər almaqla deyil, taym-çarter müqavilələri ilə də donanmasını genişləndirir. Dördünün yeni olduğu 70 gəmidən ibarət donanmanın ümumi tutumu 153,29 min TEU-dur.

 “MPCC” bu yaxınlarda alternativ enerji istehsalçısı “Yara Clean Ammonia ASA”, Metanol İnstitutu və Sinqapur Milli Universitetinin (NUS) Dəniz Tədqiqatları İnstitutu ilə ekoloji təmiz yaşıl dəhlizi yaratmaq üçün “İpək yolu” layihəsinə qoşulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır