Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük konteyner gəmisi ilk səfərinə çıxıb

Çin gəmi istehsalçısı “Dalian COSCO KHI” tərəfindən inşa edilən “OOCL Felixstowe” konteyner gəmisi ilk səfərinə Quandun əyalətindəki Nanşa limanından yola düşüb.

“Seanews.az” xəbər verir ki, meqa gəmiyə 24 188 standart konteyner (TEU) yerləşir.

"Gəminin göyərtəsinin sahəsi üç yarım futbol meydançasına bərabərdir və tam yükləndikdə, konteyner gəmisi hündürlüyünə görə 22 mərtəbəli bina ilə müqayisə edilə bilər. Bu, dünyanın ən böyük gəmilərindən biridir və onu üzən qala da adlandırmaq olar", - deyə “COSCO Shipping Lines South-China” xarici ticarət üzrə gəmi agenti Li Syanbyao bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır