Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma zavodunda 7,6 min avtomobil daşıyacaq gəmi suya salınıb

Çin Dövlət Gəmiqayırma Şirkətinə (CSSC) məxsus “Jiangnan Shipyard (Group) Co., Ltd.” idxal olunan Çin avtomobillərini Avropa, Avstraliya və Yeni Zelandiyaya daşımaq üçün Çinin ən böyük xüsusi Ro-Ro gəmisini suya buraxıb.

"Seanews.az" xəbər verir ki, avtomobil daşıyıcısı “SAIC Motor Corp”-un sifarişi ilə tikilir. “SAIC Motor Corp” Çinin dörd ən böyük avtomobil istehsalçısından biridir.

7,6 min avtomobil tutumu olan gəmi hündürlüyünə görə on mərtəbəli bina ilə müqayisə edilə bilər. O, həm də Çinin mayeləşdirilmiş təbii qaz (LNG) üçün iki yanacaqlı hərəkət sistemi ilə təchiz edilmiş ilk Ro-Ro gəmisidir.

Suya buraxıldıqdan sonra gəmiqayırma zavodu gəminin tamamlanması və avadanlıqla təchiz edilməsini başa çatdıracaq və dəniz sınaqları keçirəcək. Qrafikə əsasən, avtomobil daşıyıcısı 2024-cü ilin yanvarında təhvil veriləcək.

Qeyd edək ki, dünyanın ən böyük avtomobil logistikası şirkəti olan “SAIC Anji Logistics” (“SAIC Motor Corp.”-a daxildir) 2026-cı ilə qədər öz parkını 7,8 mindən 9 minə qədər avtomobil daşıya bilən 12 yeni gəmi ilə gücləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır