Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Northern Lights” CO2-ni daşımaq üçün üçüncü gəmi inşa edəcək

“Shell”, “Equinor” və “TotalEnergies”-in birgə müəssisəsi olan “Northern Lights” CO2-ni daşımaq üçün üçüncü gəmi inşa edəcək. Sifariş ilk iki gəmini inşa edən Çinin “Dalian Shipbuilding Industry” (DSIC) şirkətinə verilib.

“Seanews.az”-ın məlumatına görə, uzunluğu 130 metr, tutumu 7,5 min kubmetr olacaq gəmi LNG ilə işləyəcək və külək turbinləri ilə təchiz olunacaq.

Gəminin nə vaxt istismara veriləcəyi barədə məlumat yoxdur. İlk iki gəmi isə 2024-cü ildə müştəriyə təhvil verilməlidir. Hər üç gəmi Norveç bayrağı altında istismar ediləcək.

"Northern Lights” sənaye müəssisələrində tutulmuş CO2-nin daşınması üçün kommersiya xidməti göstərən dünyada ilk şirkət olacaq və gələn ilin əvvəlində fəaliyyətə başlamağı planlaşdırır. Üç ay əvvəl şirkət Eyqarden ərazisindəki terminalında hər birinin tutumu 700 ton olan 12 karbon qazı saxlama çəni quraşdırdığını bildirmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır