Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Böyük konteyner daşıyıcıları yeni gəmilər sifariş edirlər

Böyük xətti gəmiçiliklər hələ də tutumlarını artırmağı düşünürlər.

"Seanews.az" xarici mediaya istinadən xəbər verir ki, “ONE” şirkəti 15 min tutumli gəmilər sifariş etməyi planlaşdırır. “HMM” 16 minlik konteynerdaşıyanlar tikmək imkanlarını araşdırır. “Yang Ming” və “CMA CGM” şirkətləri isə 9 minlik gəmilər inşa etmək niyyətindədirlər.

Bu müqavilələr təsdiq olunarsa, deməli, xətlərin tutumu 22 mindən 24 minə qədər olan meqakonteyner gəmilərindən imtina ənənəsi davam edəcək.

Yeni konteyner gəmiləri üçün son sifarişlərin əksəriyyəti tutumu 12 000 və 16 000 TEU olan "daha çevik kateqoriyaya" aiddir.

Hətta "daha böyük daha yaxşıdır" fəlsəfəsinə daha çox sadiq olan “Evergreen” şirkəti iyul ayında 24 metanolla işləyən 16 000 TEU konteyner gəmisi sifariş verib.

“Yang Ming”-in neçə gəmi sifariş edəcəyi hələlik məlum deyil. “Amma “CMA CGM”, “Alphaliner”-in düşündüyü kimi, Çin Dövlət Gəmiqayırma Korporasiyası (CSSC) ilə 8 konteyner gəmisi üçün müqavilə bağlamış ola bilər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır