Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Hindistan yeni təyyarədaşıyan gəmi inşa etməyi planlaşdırır

Hindistan Hərbi Dəniz Qüvvələri Hindistanda layihələndirilmiş və ölkənin öz istehsalı olacaq yeni təyyarədaşıyan gəmisi sifariş etmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bunu Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Hari Kumar Mumbaydakı “Mazagon Dock Shipbuilders Limited” gəmiqayırma zavodunda Hindistanın yeni “Mahendragiri” freqatının suya buraxılması mərasimində çıxışı zamanı bildirib.

"Biz üçüncü təyyarədaşıyan üzərində işləyirik, bu da "Vikrant" təyyarədaşıyanın oxşarı olacaq. Biz bu təyyarədaşıyan gəminin tikintisi zamanı böyük təcrübə qazanmışıq. Onun ardınca təyyarədaşıyan gəminin yaradılması imkanlarını nəzərdən keçiririk”,- deyib Hari Kumar.

Xatırladaq ki, Hindistanın öz layihəsi və istehsalı olan ilk təyyarədaşıyan “Vikrant” (sanskrit dilindən tərcümədə - "Cəsur") ötən ilin sentyabrında ölkənin hərbi dəniz qüvvələrinə təhvil verilib.

"Vikrant" yüngül təyyarədaşıyanlar sinfinə aiddir, uzunluğu 262 metr, eni 62 metr və yükgötürmə qabiliyyəti təxminən 45 min tondur. Göyərtəsinə 30 təyyarə və helikopter yerləşir. Gəminin heyəti 1600 nəfərdir.

Bundan başqa, Hindistan Hərbi Dəniz Qüvvələrinin Vikramaditya” təyyarədaşıyan gəmisi (Bu, Rusiyanın keçmiş “Admiral Qorşkov” təyyarədaşıyanıdır) də var.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır