Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Qazaxıstan daxili su nəqliyyatının inkişafına 64 milyard təngədən çox vəsait ayırmağı planlaşdırır

Qazaxıstan daxili su nəqliyyatının inkişafına 64 milyard təngədən çox vəsait ayırmağı planlaşdırır. Bu vəsait hesabına dövlət texniki donanmasının gəmilərinin və daxili marşrutlar üzrə daşıma şəraitini təmin edən şlüzlərin aşınmasının azaldılması nəzərdə tutulur.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyindən bildirilib.

O cümlədən, ölkə texniki donanmasında fiziki və mənəvi cəhətdən köhnəlmiş gəmiləri əvəz etmək üçün 40 yeni gəmi tikmək niyyətindədir. Qazaxıstanda 60 ildən artıq fasiləsiz işləyən yeganə Ust-Kamenoqorsk, Buxtarma və Şulbinski şlüzlərinin əsaslı təmiri də gözlənilir.

Nazirliyin açıqlamasına görə, 2030-cu ilə qədər nəqliyyat donanmasının 22 gəmisi modernləşdiriləcək, o cümlədən 30 sahilyanı yanalma infrastrukturu obyekti yenidən qurulacaq və ya tikiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır