Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“China Merchants Jinling” gəmiqayırma zavodu metanolla işləyəcək tankerlər tikəcək

“Sirius Shipping” tanker donanmasının isveçli sahibi və operatoru “China Merchants Jinling” gəmiqayırma zavodu (Yangzhou, Çin) ilə neft məhsulları və kimyəvi yüklərin daşınması üçün metanolla işləyə biləcək iki tankerin tikintisinə dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqaviləyə əlavə iki oxşar gəminin inşası variantı da daxildir. Tankerlər 14 növdən olan maye yükləri daşıya biləcək.

Uzunluğu 147 metr, eni 22 metr, suyaoturumu 8,7 metr, dedveyti 15 min ton olan tankerin yük çənlərinin tutumu 16,8 min kubmetr və göyərtə çənlərinin tutumu 730 kubmetrdir.

Yanacaqla yanaşı, tankerlər akkumulyatorlardan və sahil enerjisindən də istifadə edəcəklər. Gələcəkdə sıfır CO2 və NOx emissiyasına nail olmaq üçün gəmilər sintetik metanolla işləyəcəklər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır