Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Adora Magic City” kruiz gəmisi ilk turistlərini 2024-cü ilin yanvarında qəbul edəcək

Çinin özünün inşa etdiyi ilk böyük kruiz gəmisi “Adora Magic City” ilk dəfə 2024-cü il yanvarın 1-də göyərtəsində turistlərlə birlikdə dənizə çıxacaq.

TASS bu barədə Şanxay "Penpay" informasiya resursuna istinadən xəbər verir.

İlk səfər Şimal-Şərqi Asiyada baş tutacaq. Daha sonra kruiz gəmisi Cənub-Şərqi Asiya regionuna da üzəcək, eləcə də “Dəniz İpək Yolu” marşrutu ilə hərəkət edəcək.

Xatırladaq ki, bu yaxınlarda Çində inşa edilən ilk böyük kruiz layneri altı gün davam edən dəniz sınaqlarını uğurla başa vuraraq Şanxay limanına qayıdıb.

Uzunluğu 323,6 metr, eni isə 37,2 metr, maksimal sürəti saatda 22,6 dəniz mili olan “Adora Magic City” kruiz gəmisi sınaq səfəri zamanı 1630 mil qət edib və bütün texniki tapşırıqlar yerinə yetirilib.

135,5 min ton yükgötürmə qabiliyyətinə malik laynerdə 2 mindən çox yaşayış kayutu var.  Gəmi 5246 sərnişin daşımaq üçün nəzərdə tutulub.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır