Rumıniyada “PNS Hunain” gəmisinin suya buraxılması mərasimi keçirilib
Rumıniyanın “Damen Shipyards” şirkəti tərəfindən “Damen”in Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa etdiyi 2600 seriyalı Açıq Dəniz Patrul Gəmilərindən (OPV - Open Sea Patrol Vessel) biri olan “PNS Hunain”in dənizə endirmə mərasimi keçirilib.
Ordu.az xəbər verir ki, ilk iki gəmi - “PNS Yarmook” və “PNS Tabuk” 2020-ci ildə uğurla təhvil verdikdən sonra “Damen” “PNS Hunain”in inşası üçün müqavilə imzalanıb.
Tədbirdə Pakistan HDQ-nin Baş Qərargah rəisi admiral Məhəmməd Amjad Xan Niyazi başda olmaqla Pakistan HDQ-nin nümayəndələri, habelə Rumıniyadakı Pakistan icmasının üzvləri, Rumıniya hökumətinin, HDQ-nin və “Damen”in nümayəndələri iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır