Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Qazaxıstanın yedək gəmiləri Fars körfəzində istismar ediləcək

“KazMunayQaz” SC və Abu Dhabi Ports Group (BƏƏ) arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində iki şirkətin törəmə şirkətləri – “Kazmortransflot” və “OFCO Offshore International” Qazaxıstan yedək gəmilərinin icarəsi üzrə üç illik müqavilə imzalayıblar.

“korabel.ru” “KazMunayQaz”-ın mətbuat xidmətinə istinadən xəbər verir ki,  Qazaxıstan heyətləri ilə “Talas” və “Emba” gəmiləri Xəzər dənizindən Rusiya su yolları, Türkiyə boğazları, Süveyş kanalı və Ədən körfəzi vasitəsilə 5000 dəniz mili (təxminən 9500 km) qət edərək 52 gündən sonra Fars körfəzinə gəliblər.  Yedək gəmiləri Əmirliyin Əbu-Dabi regionunda (Əl Qalan və Das adaları) dəniz layihələrində istifadə olunacaq. Bundan əlavə, yaxın vaxtlarda üçüncü yedək gəmisinin - “İrgiz”in Fars körfəzinə göndərilməsi planlaşdırılır.

Yedək gəmilərinin icarəsi “Kazmortransflot” milli gəmiçilik şirkətinə Fars körfəzinin dəniz xidmətləri bazarına daxil olmağa, gəlirini artırmağa və yeni təcrübə qazanmağa imkan verəcək.  

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır