Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Misirdə kruiz gəmisi körpüyə çırpılaraq qismən batıb

Misirdə “Tivoli Nil” kruiz gəmisi körpüyə çırpılıb və qismən batıb. Hadisə zamanı gəminin göyərtəsindəki 120 heyət üzvünün hamısı xilas edilib.

"Seanews.az" xəbər verir ki, hadisə Yuxarı Misirin Minya vilayətində baş verib.

Toqquşma nəticəsində gövdənin sağ tərəfinin aşağı hissəsində dəlik əmələ gəlib. 

Ölkənin cənubundakı Luksor əyalətinə gedən kruiz gəmisinin göyərtəsində sərnişinlərin olmadığı qeyd edilir. Hadisə ilə bağlı prokurorluq araşdırma aparır.

Oktyabr ayında başlayacaq qış mövsümünə hazırlaşmaq üçün gəmi Helvan gəmi təmiri müəssisəsində cari təmir və texniki xidmətdən keçib. Təmir işləri başa çatdıqdan sonra gəminin sahibi turizm fəaliyyəti üçün lisenziyasını yeniləmək məqsədilə Qahirədən Luksor istiqamətində üzməyə icazə alıb.

Misir Çay Nəqliyyatı İdarəsi avqustun 23-də kruiz gəmisinə digər tənzimləyici orqanlardan qalan lazımi sənədləri alana qədər gəmiqayırma zavodunu tərk etmək və öz körpüsünə yan almaq üçün müvəqqəti icazə verdiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır