Tayvan ilk sualtı qayığını suya buraxıb
Tayvanın ilk sualtı qayığı olan “Hyikun”un suya buraxılması mərasimi adanın cənub-qərbindəki Kaohsiung şəhərində baş tutub.
"Seanews.az" xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.
"Keçmişdə bu, qeyri-mümkün bir iş kimi görünürdü, lakin sualtı qayıq bizim gözümüzün qabağındadır... Biz bunu bacardıq", - Tayvan administrasiyasının başçısı Tsay İnven mərasimdə deyib.
Oktyabrda sualtı qayığın yanalma, daha sonra isə dəniz sınaqlarına başlanacağı planlaşdırılır.
Tayvan istehsalı olan ilk sualtı qayıq “Haykun”un bünövrəsi 2020-ci ildə qoyulub. Yükgötürmə qabiliyyəti 2,5 min ilə 3 min ton arasında dəyişir. Sualtı qayıq 6 ədəd Mk-48 torpedo buraxıcısı ilə təchiz olunub. Serialdakı sonrakı sualtı qayıqlar da ”UGM-84 Harpoon” gəmi əleyhinə qanadlı raketlərlə silahlandırılacaq.
Serialın aparıcı gəmisinin tikintisi gecə-gündüz 3 növbə ilə həyata keçirilib. Ümumilikdə, proqram 300 milyard Yeni Tayvan dolları (təxminən 9,73 milyard dollar) dəyərində 8-ə qədər sualtı gəmisinin tikintisini nəzərdə tutur.