Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Qətərin dövlət şirkəti 17 LNG tankerinin tikintisini sifariş edib

Qətərin dövlət enerji şirkəti “QatarEnergy” Cənubi Koreyanın “HD Hyundai Heavy Industries” (“HHI”) şirkəti ilə mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün 17 dəniz tankerinin tikintisinə dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin ümumi məbləği 14,2 milyard Qətər rialına (təxminən 3,9 milyard dollar) çatır.

Sifariş “QatarEnergy”-nin iddialı gəmiqayırma proqramının ikinci mərhələsidir. Bu proqram Şimal Qaz Yatağı (“NFE”, Qətər) və “Golden Pass” (ABŞ) layihələri çərçivəsində hasil edilən qaz ixracı üçün nəqliyyat ehtiyaclarını ödəməyi, eləcə də mövcud donanmanın yenilənməsini nəzərdə tutur.

“QatarEnergy”-nin gəmiqayırma proqramının birinci mərhələsi Cənubi Koreya və Çin tərsanələrində 60 tankerin tikintisini əhatə edirdi. Yeni sifarişlə “QatarEnergy” və onun törəmə şirkətləri üçün tikiləcək qaz tankerlərinin ümumi sayı 77 gəmiyə yüksəldi. Qətərin enerji şirkəti yeni tankerlərin tikintisini davam etdirmək niyyətində olduğunu bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır