Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“CMA CGM” indiyədək LNG ilə işləyən 85 və metanolla işləyən 6 gəmi sifariş edib

Ən böyük xətti gəmiçilik şirkətlərindən biri olan “CMA CGM” (Marsel, Fransa) mühərrikləri metanolla işləyən konteyner gəmilərinin tikintisi üçün növbəti sifariş verib.

“Seanews.az” xəbər verir ki, müqavilə Çinin “Shanghai Waigaoqiao Shipbuilding” (“SWS”) gəmiqayırma şirkəti ilə bağlanıb. Onun gəmiqayırma zavodu hər birinin tutumu 9,2 min TEU olan səkkiz konteyner gəmisi inşa edəcək.

“China CSSC” şirkəti verdiyi açıqlamada “Avropalı müştərinin” 1 milyard dollar dəyərində yeni gəmilərin tikintisinə sifariş verdiyini və onların 2027-ci ildə istismara veriləcəyini bildirib.

“SWS” tarixində ilk dəfə olaraq metanoldan istifadə edən belə böyük konteyner gəmiləri inşa edəcək.

“CMA CGM”-nin gəmiləri orta məsafəli marşrutlarda, məsələn, Uzaq Şərq - Fars körfəzi xəttində yerləşdirməsi gözlənilir.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Marsel konteyner daşıyıcısı “Dalian Shipbuilding” gəmiqayırma şirkətinə 1,05 milyard dollara 15 min TEU tutumlu altı gəmi sifariş etmişdi. Onlar 2025-ci ilin sonunda istismara veriləcək.

2023-cü ilin fevralında Cənubi Koreyanın “Hyundai Samho” şirkəti ilə 2,05 milyard dollarlıq 13 min TEU tutumlu 12 konteyner gəmisinin tikintisi üçün müqavilə imzalanıb. Ümumi dəyəri 1,05 milyard dollar olmaqla tutumu 15 min TEU olan daha altı gəmi “Jiangnan” gəmiqayırma zavodunda  tikiləcək.

Ümumilikdə, “CMA CGM” bu günə qədər LNG ilə işləyən 85 gəmi və metanolla işləyən 6 gəmi sifariş edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır