Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yaponiya sahillərində konteyner gəmisində yanğın baş verib

Oktyabrın 1-də “Orient Overseas Container Lines” şirkətinə məxsus “OOCL Shanghai” konteyner gəmisinin maşın şöbəsində yanğın baş verib.

“Container News “xəbər verir ki, hadisə baş verən zaman konteyner gəmisi Yaponiyanın şərq sahillərindən 18 dəniz mili aralıda olub və Yokohamadan Osakaya gedirmiş.

Heyət üzvləri yanğını özləri söndürə biliblər, lakin gəmi 12 saat sürətini itirib.

“OOCL Şanxay” təmir edildikdən sonra səfərini davam etdiib.

Tutumu 5,8 min TEU olan “OOCL Shanghai” 1999-cu ildə tikilib. Honkonq bayrağı altında üzən gəmi “OOCL” Asiya-Avstraliya konsorsiumunun “Northern Express” (A3N) xidmətində istismar olunur.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır