Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Lagenda Setia” LNG tankeri istismara verilib

“K” Line” şirkəti “Hudong-Zhonghua Shipbuilding (Group) Co., Ltd” tərəfindən inşa edilmiş “Lagenda Setia” LNG tankerini istismara verib.

“Seanews.az” xəbər verir ki, gəmi şənbə günü sifarişçiyə təhvil verilib. Adqoyma mərasimi bundan əvvəl, avqustun 21-də baş tutub.

Malay dilində "Lagenda" "əfsanə", "Setia" "sadiqlik" deməkdir. 2022-ci ildə təhvil verilən seriyadan əvvəlki iki gəminin də adlarında “Lagenda” sözü var.

Qaz daşıyıcısı “Petronas LNG Ltd” tərəfindən icarəyə götürülüb və Bintuludan (Malayziya) Şanxaya mayeləşdirilmiş təbii qaz daşınmasında iştirak edəcək.

İki yanacaqla işləyəcək gəminin uzunluğu 239,4 metr, eni 36,6 metr, tutumu 79806 kubmetr, sürəti 17,5 düyündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır