Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yaşıl metanolla işləyən dünyanın ilk konteyner gəmisi Felikstou limanına yan alıb

Dünyanın “yaşıl” metanolla işləyən ilk konteyner gəmisi yükləmə və boşaltma əməliyyatları üçün Böyük Britaniyanın Felikstou limanına gəlib. Felikstou limanı ölkənin ən işlək konteyner limanı hesab olunur.

“Seanews.az” xəbər verir ki, 2,1 min TEU tutumlu konteyner gəmisi Cənubi Koreyanın “Hyundai Mipo” gəmiqayırma zavodunda inşa edilib. Gəminin metanolla işləyən güc qurğuları “MAN Energy Solutions” və “Hyundai Engine & Machinery” şirkətləri tərəfindən “Hyundai Mipo” və “Maersk” ilə əməkdaşlıqda hazırlanıb. Əsas mühərrik “Hyundai Engine and Machinery” şirkəti, köməkçi mühərrik isə “Himsen” tərəfindən təchiz edilib.

“Offshore Energy” yazır ki, “Laura” ilə yanaşı, tutumu 9 mindən 17,2 min TEU-ya qədər olan daha 24 konteyner gəmisi tikiləcək. Onların təhvil verilməsi 2024 və 2027-ci illərə planlaşdırılır. Eyni zamanda, 2030-cu ilə qədər “Maersk” gəmiləri üçün təxminən 5 milyon ton ekoloji təmiz yanacağa ehtiyac duyacaq. Bu gün dünyada "yaşıl" metanolun istehsalı 100 min tondan azdır,

İlk səfər zamanı gəmi Niderlandın “OCI Global” şirkəti tərəfindən təchiz edilmiş yaşıl metanolla hərəkət edib. Gələcəkdə "European Energy" zavodunda sintetik metanol istehsal edilənə qədər (planlaşdırılan istismara vermə tarixi 2024-cü ilin ikinci yarısıdır) konteyner gəmisi Rotterdam limanında "Equinor" şirkətindən yanacaq alacaq.

Oktyabrın əvvəlində “Laura”nın fider xətlərdə xidmətə başlaması gözlənilir. Onun hər beş həftədən bir Rotterdam limanında bunkerlənməsi həyata keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır