Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Jan De Nul” ən böyük sualtı kabelçəkən gəminin tikintisinə dair sifariş yerləşdirib

Beynəlxalq dəniz mühəndis layihələri şirkətlər qrupu “Jan De Nul” Çinin “China Merchants Heavy Industry (CMHI) Haimen” gəmiqayırma zavoduna özünün ən böyük sualtı kabelçəkən gəmisi “Fleeming Jenkin”-i tikmək üçün sifariş verib.

“Seanews.az” xəbər verir ki, gəmi ümumi çəkisi 28 min ton olan kabelləri daşıya biləcək. Bu da rekord göstəricidir. Dəniz külək stansiyaları üçün kabellərin çəkilişində və sahildən kənarda daha dərin sularda uzun məsafəyə kabellərin çəkilişində istifadə olunacaq gəmi 2026-cı ildə sifarişçiyə təhvil veriləcək.

Qrup bu cür yükgötürmə qabiliyyətinə malik gəminin sifarişini onunla izah edir ki, dəniz külək stansiyaları daha dərin su ərazilərində sahildən daha da uzaqlarda tikilir. Bazar dərində quraşdırmalar üçün getdikcə daha uzun, daha möhkəm və daha ağır kabellər tələb edir.

“Jan De Nul” şirkətlər qrupu (qərargahı Lüksemburqda, Belçikada yerləşir) 1938-ci ildə yaradılıb. Şirkət ailəyə məxsusdur. “Jan De Nul”  dünyada dəniz infrastrukturunun tikintisi və qorunub saxlanması üzrə ixtisaslaşıb. Qrupun dövriyyəsinin böyük hissəsi (85%) dibqazma işləri ilə bağlıdır. Şirkət həmçinin neft-qaz şelfləri, süni ərazilərin meliorasiyası layihələri çərçivəsində müqavilələr həyata keçirir. Donanması 76 gəmidən ibarət qrupun illik dövriyyəsi 2 milyard dollardan çoxdur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır