Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Andoqa” təchizat-yedək gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Andoqa” təchizat-yedək gəmisi əsaslı təmir olunub.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

Təmir  prosesində istifadə müddəti bitmiş bir ədəd “CATERPİLLER” 3412 4W39 tipli dayanacaq mühərriki müasir tipli “DEUTZ” tipli dizel-generatorla əvəz olunub, gəmidə baş mühərriklərə, braşpil qurğusuna, su-yağ soyuducularına, nasoslara, hava balonlarına, boru sistemlərinə (armaturları ilə birlikdə), su keçirməyən qapılara, illyuminatorlara, mexanizmlərin elektrik idarəetmə və qorunma sistemlərinə baxış keçirilərək qüsur aktları tərtib olunub və  Registr müfəttişliyi nümayəndələrinin  tələbinə uyğun təmir işləri aparılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip qəza-xilasetmə UQD radiostansiyalar yeniləşdirilib, radiolokasiya stansiyası quraşdırılıb və Komanda-yayım qurğusu əsaslı təmir olunub.

Tərsanə təmiri zamanı isə sükan və avar qurğuları, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib,yararsız metal qoruyucu tirlər yenilənib.Gövdə  təmir işləri  başa çatdırıldıqdan sonra gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Həmçinin işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi təmir işləri aparılıb.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır