Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Almaniya bayrağı altında üzəcək ən böyük konteyner gəmisi istismara qəbul edilib

“Hapag-Lloyd” 23,6 min TEU tutumlu “Berlin Ekspress” konteyner gəmisini rəsmi olaraq istismara qəbul edib. Bu, Almaniya bayrağı altında üzən ən böyük yük gəmisidir.

“Seanews.az” xəbər verir ki, uzunluğu 400 metr olan “Berlin Ekspress” Koreyanın “Hanwha Ocean” gəmiqayırma zavodunda tikilib.

“Berlin Ekspress” həm də “Hapag-Lloyd” şirkətinin yeni "Hamburg Express" sinfində ilk konteyner gəmisidir. Bu seriyadan cəmi 12 gəmi tikiləcək. Seriyanın son gəmisinin 31 dekabr 2024-cü ildə təhvil verilməsi nəzərdə tutulur.

Onlar iki yanacaqlı mühərriklərlə təchiz ediləcək və həm LNG, həm də biometanla işləyərək CO2 emissiyalarını demək olar ki, sıfıra endirəcəklər.

“Hamburg Express” sinifli konteyner gəmiləri yalnız böyük həcmdə yüklərin daşındığı Asiya-Avropa marşrutuna cəlb ediləcək. “Berlin Express” konteyner gəmisi Ninbo – Suamen – Qaosyun – Yantyan – Honkonq – Sinqapur – Rotterdam – Hamburq xəttində istismar olunacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır