Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Keniyanın öz istehsalı olan ilk tanker suya salınıb - VİDEO

“Kenya Shipyards” tərsanəsində Niderlandın “Damen Shipyards” şirkəti ilə birgə yükgötürmə qabiliyyəti 1,8 min ton olan gəmi inşa edilib.

“Seanews.az” xəbər verir ki, Keniyanın ilk istehsalı olan “MV Uhuru II” tankeri ölkə prezidenti Uilyam Rutonun iştirakı ilə Viktoriya gölünə buraxılıb.

Tikinti dəyəri 2,4 milyard Keniya şillinqi (16 milyon dollardan çox) olan gəminin adı suahili dilindən "azadlıq" kimi tərcümə olunur.

Keniya Şərqi və Mərkəzi Afrikada gəmiqayırma sahəsində qabaqcıl ölkəyə çevrilərək, regionun digər ölkələrinə yanacaq nəqlini mümkün edir. Keniya tərsanəsinin idarəedici direktorunun sözlərinə görə, gəmi qonşu Uqanda və Tanzaniyaya 10 saat ərzində çata bilər.

Gəminin 1966-cı ildə Şotlandiyanın “Yarrow Shipbuilders” şirkəti tərəfindən Keniyaya təhvil verdiyi 1260 ton “MV Uhuru I”-ni əvəz edəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır