Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Hidrogenlə işləyən gəmi Yantszı çayında sınaq səfəri edib

Çinin “China Yangtze Power Co.” şirkəti milli texnologiyalar əsasında hidrogenlə işləyən çay gəmilərindən istifadə etməyə başlayıb.

“Seanews.az” xəbər verir ki, Çində ilk hidrogen gəmisi İçan şəhəri yaxınlığında Yantszı çayı boyunca sınaq səfəri edib.

“Hidrogen gəmisi “Üç dərə” - 1” adlanan gəminin uzunluğu təxminən 50 metr, eni 10 metrdir.

28 km/saat sürətlə hərəkət edəcək gəmi göyərtəsinə 80 sərnişin götürə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır