

2022-ci ilin sonunda “MSC”-nin gəliri 86,4 milyard avro olub
İtaliyanın dəmir yolu operatoru “Italo”-nu almaq üçün “MSC” gəmiçilik şirkəti maliyyə hesabatlarını İtaliyanın “Il Messaggero” qəzetinə açıqlamaq məcburiyyətində qalıb.
“Seanews.az” bu barədə "Splash"a istinadən xəbər verir.
Nəşr yazır: “Yükdaşıyanın ən böyük sirri açıldı”. – “MSC” özəl şirkəti heç vaxt maliyyə nəticələrini dərc etmir. Lakin “MSC” sərnişin dəmir yolu şirkəti “Italo”-da 50% pay almaq üçün ərizə verdikdə, maliyyə nəticələrini ictimaiyyətə açıqlanmağa məcbur oldu.
2022-ci ilin sonunda “MSC”-nin gəliri 86,4 milyard avro (91,1 milyard dollar) və xalis mənfəəti 36,2 milyard avro (38,5 milyard avro) təşkil edib.
“Keçən il “MSC”-nin faiz və vergidən əvvəl qazancı “Amazon”-dan təxminən üç dəfə çox olub. “MSC”-nin gündəlik xalis mənfəəti 104,6 milyon dollar təşkil edib.
“MSC” 1970-ci ildə indi 83 yaşı olan Canluici Aponte tərəfindən təsis edilib. Aponte ailəsi “Forbes” jurnalına görə dünyanın ən zəngin 50 adamı sırasındadır.
“MSC-nin 19,5%-lik qlobal bazar payına sahib olduğu xətti gəmiçiliyi 2022-ci ildə texnoloji nəhənglər “Amazon”, “Netflix” və “Google”-u geridə qoyaraq, 200 milyard dollardan çox xalis xalis gəlir əldə etdi”, - deyə “Splash” yekunlaşdırır.