Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Hindistan və Şri-Lanka arasında sərnişin bərə xətti açılıb

Naqapatinam limanı ilə Kankesanthurayı birləşdirən sərnişin bərə xətti işə salınıb. İki qonşu ölkə - Hindistan və Şri-Lanka arasında bərə xəttinin işə salınması “regional əlaqədə yeni mərhələdir”.

“Seanews.az” xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hindistan Gəmiçilik Korporasiyasına məxsus yüksək sürətli bərə 150 ​​nəfər tutumuna malikdir. Naqapattinam və Kankesanthurai arasında təxminən 60 dəniz mili (110 km) məsafə dəniz şəraitindən asılı olaraq təxminən 3,5 saat ərzində qət ediləcək.

Departament qeyd edir ki, Şri-Lanka ilə Hindistan arasında birbaşa sərnişin bərəsi iki ölkənin sakinləri üçün səmərəli və sərfəli nəqliyyat vasitəsini təmin edəcək, turizm və ticarət əlaqələrinin inkişafına töhfə verəcək. "Bərə, həmçinin bu iki liman ətrafında iqtisadi fəallığı artıracaq və yerli iqtisadiyyatı canlandıracaq", - XİN-dən bildiriblər.

Hindistan və Şri-Lanka hökumətləri Rameşvaram və Thalaimannar arasındakı marşrut da daxil olmaqla, digər limanlar arasında bərə xidmətlərinin açılması istiqamətində işi davam etdirəcəklər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır