Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yaponiyanın ilk bioyanacaq və hidrogen kruiz gəmisi 2024-cü ildə suya buraxılacaq

“Mitsui O.S.K. Lines” gəmiçilik şirkəti bioyanacaq və hidrogenlə işləyən ilk turizm gəmisini istismara verməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, yeni gəminin suya buraxılması mərasimi Xirosima prefekturasının buxtası yaxınlığındakı Honqavara tərsanəsində keçirilib.

100 nəfərin yerləşə biləcəyi 33 metr uzunluğundakı dairəvi gəmi 2024-cü ilin aprel ayında Fukuoka prefekturasında istismara veriləcək. Gəmi bioyanacaq və hidrogen elementlərinin kombinasiyası ilə işləyəcək və adi qalıq yanacaqla işləyən gəmilərlə müqayisədə karbon dioksid emissiyalarını 53-100% azaldacaq.

Hibrid gəmi 2022-ci ilin martında yaradılan “Motena-Sea” birgə müəssisəsi tərəfindən idarə olunacaq. “Motena-Sea”-nın investorları arasında “MOL Techno-Trade”, “Hongawara Ship Yard” və gəmi idarəetmə şirkətləri “Ikous” və “Kanmon-Kisen” var. Bioyanacaq yerli mənbələrdən istehsal olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır