Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkmənistan dibdərinləşdirmə gəmilərinin tikintisində “Damen” ilə əməkdaşlıqda maraqlıdır

Türkmənistanın “Türkməndənizderyayolları” Dəniz və Çay Nəqliyyatı Agentliyində agentliyin rəhbərliyi ilə “Damen Shipyards Gorinchem B.V.” şirkətinin nümayəndələri arasında görüş keçirilib.

“Seanews.az” xəbər verir ki, görüş zamanı “Damen Shipyards Gorinchem B.V.” şirkətinin nümayəndələri şirkətlərini və beş qitədə yerləşən 35 gəmiqayırma zavodunda inşa etdikləri gəmilərin geniş çeşidini ətraflı təqdim ediblər. Bildirilib ki, şirkət konkret layihə üzrə gəmilərin tikintisini həyata keçirir və bütün növ gəmilər, o cümlədən tankerlər, losman gəmiləri, yerqazanlar, yedək gəmiləri, yaxtalar istehsal edir.

Türkmənistan tərəfi “Balkan” gəmiqayırma və gəmi təmiri zavodunda dibdərinləşdirən gəmilərin inşasında əməkdaşlıqda maraqlı olduğunu bildirib. Türkmənistan tərəfi kommersiya təklifi və dibdərinləşdirən gəminin tikintisi üçün lazımi avadanlıq haqqında məlumat istəyib.

Bundan əlavə, Lebap vilayətində “Deryaellari” SC-nin gəmiqayırma zavodunun potensial modernləşdirilməsinə maraq ifadə olunub. Bu, Türkmənistanda gəmiqayırma infrastrukturunun gücləndirilməsi və gəmiqayırmanın inkişafı üçün yeni perspektivlər açır, - "Türkməndənizderyayolları"nın mətbuat xidməti xəbər verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır