

“Saronic Breeze” gəmisində asetilen balonları partlayıb
Yaponiya dənizində “Saronik Breeze” gəmisinin göyərtəsində asetilen balonları partlayıb.
“Seanews.az” xəbər verir ki, hadisə oktyabrın 26-da Koreyanın Busan limanından gəminin marşrutu boyunca Sanqar boğazı ərazisində baş verib.
İlkin məlumatlara görə, partlayış nəticəsində bir heyət üzvü ölümcül xəsarət alıb. Yanğın olmayıb, gəmi istismara yararlı vəziyyətdədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır