Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“HD Hyundai” şirkəti 3,9 milyard dollara 17 tanker tikəcək

“HD Hyundai Heavy Industries” və “Qatar Energy” 17 yeni LNG tankerinin tədarükü üçün 3,9 milyard dollarlıq müqavilə imzalayıblar. 

“Seanews.az” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb.

Saziş 2023-cü il oktyabrın 25-də Dohada keçirilən ikitərəfli biznes forum zamanı imzalanıb.

Cənubi Koreya və Qətər ikitərəfli ticarətin geniş sahələrini əhatə edən on memorandum imzalayıblar. İmzalanma mərasimində Koreya Respublikasının ticarət, sənaye və energetika naziri Ban Mun Kyu və Qətərin ticarət və sənaye naziri Həməd bin Qasim Al Tani iştirak ediblər.

Cənubi Koreyadan olan nümayəndə heyətinə “SWM” və “Daemo Engineering” avtonom idarəetmə texnologiyalarının yaradıcısı olan tikinti və mühəndislik şirkəti “Samsung C&T” (“Samsung” qrupunun törəmə şirkəti) daxil idi. Forumda Qətər iştirakçıları arasında Qətər Azad Zona İdarəsi, “Protocol Capital” və “Qatar Building Company” şirkətləri də olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır