Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərinin tikintisi üzrə sifarişlərin sayı rekord həddə çatıb

2023-cü ilin yanvar-sentyabr aylarında 187 gəmi sifariş verilib. Bu günə qədər sifariş edilən konteyner gəmilərinin tutumu 7,8 milyon TEU-dur. Bu, gəmiçilik sənayesi tarixində ən yüksək səviyyədir və qlobal konteyner gəmiləri donanmasının mövcud tutumunun demək olar ki, 29%-ni təşkil edir.

“Seanews.az” xəbər verir ki, bunu bazar analitiki “Alphaliner” həftəlik yeniləməsində bildirib.

Analitiklərin fikrincə, yeni konteyner gəmiləri üçün gəmi tikintisi müqavilələrinin belə sürətlə artmasının iki səbəbi var. “Birincisi, əksər konteyner daşıyıcıları koronavirus pandemiyasından sonra əldə edilən görünməmiş mənfəət nəticəsində böyük miqdarda nağd pul toplayıblar. İkincisi və daha önəmlisi, yeni gəmilər üçün sifarişlərin rekord artımı xətti gəmiçiliklərin karbonsuz əməliyyatları təmin etmək istəyi ilə izah olunur”, - “Ship & Bunker” sənaye portalı “Alphaliner”-dən sitat gətirir.

Hazırda 2023-cü ildə verilən yeni gəmi tikintisi sifarişlərinin 52%-ni metanolla, 31%-ni isə mayeləşdirilmiş təbii qazla (LNG) işləyə bilən gəmilər təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır