Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərinin orta yaşı ən yüksək həddə çatıb

Konteyner gəmilərinin orta yaşı ən yüksək həddə çatıb.

“Seanews.az”  BIMCO-nun məlumatlarına istinadən xəbər verir ki, bu, hazırda 14,2 ildir, halbuki balkerlərin orta yaşı 11,9, tankerlərin orta yaşı isə 12,8 ildir.

Hazırda konteyner donanmasının 21%-nin yaşı 20 ildən yuxarıdır və bu hissə yaxın illərdə utilizasiyaya namizəddir.

Yaşı 20 il və daha çox kateqoriyasında tutumu 2999 TEU-a qədər olan konteyner gəmilərinin payı 76%, 3 mindən 6 min TEU-a qədər olan konteyner gəmilərinin payı isə 16% təşkil edir. "Nəticədə, son illərdə konteyner donanmasının yenilənməsi “Post-Panamax” seqmentindəki gəmilərə yönəldilib. Bütün konteyner gəmilərinin demək olar ki, 70%-nin yaşı 10 ildən çoxdur", - BIMCO yekunlaşdırır.

“Clarksons Research”-in məlumatına görə, hazırda bütün dünya üzrə 902 konteyner gəmisi sifariş edilib ki, bu da aktiv donanmanın 25%-nə uyğundur. Və bu rekord göstəricidir.

Son 15 ayda yükdaşıma tariflərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, 2023-cü ildə konteyner gəmilərinin utilizasiya olunma dərəcələri əvvəlki 10 illə müqayisədə aşağı olaraq qalır. Bu ilin ilk 9 ayı ərzində 57 konteyner gəmisi, son on ildə orta hesabla ildə 81 gəmi ləğv edilib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübünün sonuna qədər meqakonteyner gəmiləri də daxil olmaqla daha 2 milyon TEU-nun istismara verilməsi gözlənilir. Artıq 24 min TEU-dan çox tutumlu yeni inşa edilmiş konteyner gəmiləri tələbatın az olması səbəbindən boş dayanmağa məcburdur.

“Drewry” daşıma qabiliyyətinin tədarükü ilə konteyner daşınmasına tələb arasında balansın yalnız 2026-cı ilə qədər əldə ediləcəyini bildirir.

“Sea-Intelligence”-in analitikləri isə 2026-cı ilin çox optimist müddət olduğunu düşünürlər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır