Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Fransa aysberqləri olan dənizlərdə üzmək üçün tədqiqat gəmisi inşa edəcək

Fransa qütb tədqiqatlarına 1 milyard avro ayıracaq və çoxlu aysberqləri olan dənizlərdə üzmək üçün tədqiqat gəmisi inşa edəcək.

“Seanews.az”  xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron “One Planet” konfransının bağlanışında səsləndirib.

"Mən Şərqi Antarktidada töhfə verməyi planlaşdırdığımız tədqiqatlar haqqında danışdım və bunun üçün Fransa Qərbi Atlantik və Şərqi Antarktida arasında buzda üzəcək gəmi inşa edəcək. 2030-cu ilə qədər biz Qütb tədqiqatlarına 1 mlrd avro sərmayə qoyacağıq” - deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, gəmi Nuamei (Yeni Kaledoniya), Hobart (Avstraliya) limanlarına, həmçinin Antarktikanın “Durmont d'Urvil” stansiyasına yan alacaq.

TASS xəbər verir ki, Fransanın qəbul etdiyi qütb strategiyasına doğru ilk böyük addımlardan biri 2025-ci ildə ilk ekspedisiyasına yola düşəcək “Tara” üzən stansiyasının tikintisi olub.

Parisdə buzlaqların və qütb bölgələrinin mühafizəsinə həsr olunmuş “One Planet” konfransı keçirilib. Konfransda 30-a yaxın dövlətin imzaladığı Qütblərin və Buzlaqların Mühafizəsi üzrə Paris Müraciəti qəbul edilib. Bu dövlətlərin sırasına Avropa ölkələri, Avstraliya, Hindistan, Sinqapur, Tuvalu və Cənubi Koreya daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır