Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“CMA CGM” konteyner gəmilərinin təkrar emalına başlayıb

“CMA CGM” pandemiyadan sonra ilk dəfə konteyner gəmilərinin təkrar emalına başlayıb.

“Container News” xəbər verir ki, şirkət 2003-cü ildə inşa edilmiş 1,1 min TEU tutumlu “CMA CGM Tanger” fider konteyner gəmisini təkrar emala göndərib. Gəmi “CMA CGM”-nin Mərakeş törəməsi olan “Compagnie Marocaine de Navigation” (“Comanav”) şirkətinə məxsus idi.

Amma “CMA CGM Tanger”-in təkrar emal üçün hansı qiymətə satıldığı məlum deyil.

Qəzet yazır: "Gəmi brokerləri və nağd pul alıcıları konteyner gəmilərinin təkrar emala çıxarılması sürətinin hələ də yavaş olduğunu deyirlər. Bəlkə ona görə ki, gəmi sahibləri pandemiya zamanı bazarın pik dövründə qazandıqları əhəmiyyətli pul və digər ehtiyatlarla hələ köhnə gəmilərin istismarını təmin edə bilirlər."

Bununla belə, “Container News”-un istinad etdiyi “Global Marketing Systems”-ə görə, Türkiyənin gəmiqayırma zavodlarında gəmi təkrar emalının qiyməti artmaqdadır və hazırda bir ton üçün 325 dollar təşkil edir və bu da keçən həftədən 5 dollar yüksəkdir.

“CMA CGM Tanger” gəmisinin dedveytinin 5,2 min ton olduğunu nəzərə alsaq, satış qiymətinin 1,7 milyon dollar olduğunu güman etmək olar.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır