Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Almaniya yeni nəsil freqatın tikintisinə başlayıb

Çərşənbə axşamı, dekabrın 5-də Volqastdakı (Almaniya) “Peene” gəmiqayırma zavodunda Almaniya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş “F126” tipli ilk yeni nəsil freqat üçün polad kəsmə mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, baş podratçı layihəni Almaniyanın “NVL Group” (keçmiş “Lürssen Defence”) ilə əməkdaşlıqda həyata keçirən Niderlandın “Damen Naval” şirkətidir.

2020-ci ilin iyun ayında Bundesverin Avadanlıq, İnformasiya Texnologiyaları və Texniki Dəstək üzrə Federal İdarəsi baş podratçı qismində dörd “F126” freqatının tikintisi üçün “Damen Naval” şirkəti ilə müqavilə bağladı. Müqaviləyə daha iki freqat üçün seçim daxildir. İlk gəminin təhvil verilməsi 2028-ci ilə planlaşdırılır.

“F126” freqatlarının dəqiq texniki xüsusiyyətləri hələ açıqlanmayıb. 166 metr uzunluğu və 10 min tona qədər yükgötürmə qabiliyyəti ilə onlar Almaniya Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmiləri olacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır