Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Al-Jabbar” gəmisi suya buraxılıb

Misir Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “Thyssenkrupp Marine Systems” (TKMS) lisenziyası ilə İsgəndəriyyədə inşa edilən 4-cü və sonuncu “MEKO A200EN” sinfinə məxsus freqat ENS “Al-Jabbar” (910) dekabrın 4-də keçirilən mərasimlə suya buraxılıb.

Ordu.az xəbər verir ki, “EDEX 2023” Müdafiə Sənayesi Sərgisinin açılış günü Misir Prezidenti Əbdülfəttah Əl Sisinin də qatıldığı mərasimdə suya buraxılan gəmi təchizat işlərinə başlamaq üçün İsgəndəriyyədəki dəniz bazasına aparılıb.
 
2018-ci ildə Misir “Thyssenkrupp Marine Systems” şirkəti ilə 4 “MEKO A200EN” sinfinə məxsus freqatın alınması ilə bağlı razılığa gəlib, Almaniyada 3 gəminin və Misirdə 1 gəminin tikintisinə dair müqavilə imzalayıb.

İlk inşa edilən gəmi ENS “Al Aziz” (904) Misir HDQ tərəfindən 2022-ci ilin noyabrında istifadəyə qəbul edilib. İkinci gəmi ENS “Al Qahhar” (905) 2023-cü ilin noyabrında istifadəyə verilib, 2022-ci ilin aprelində suya buraxılan üçüncü gəmi ENS “Al Qadeer”in (909) isə dəniz sınaqları davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır