Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Sualtı kabellərin çəkilməsi və külək turbinlərinin quraşdırılması üçün hibrid gəmi inşa ediləcək

“VARD” (Norveç, İtaliyanın "Fincantieri" qrupunun törəmə şirkəti) Yaponiyanın "Toyo Construction" şirkəti ilə ən müasir hibrid sualtı elektrik kabeli quraşdıran gəminin layihələndirilməsi və tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin dəyəri 200 milyon dollardan çoxdur.

Sualtı elektrik kabellərinin çəkilməsi və külək turbinlərinin quraşdırılması qabiliyyətinə malik hibrid gəminin layihəsi Yaponiyanın dəniz elektrik stansiyaları bazarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmışdır. Layihəçilər Yaponiyanın təbii şəraitini nəzərə alıblar ki, bu da gəmidən həm dayaz suda, həm də dərin su ərazilərində istifadə etməyə imkan verəcək.

Uzunluğu 150 metr, eni 28 metr olan gəmi 9 min tona qədər çəkisi olan sualtı kabeli bortda daşıya biləcək. Gəmi ağır yük qaldıran kran, dörd nöqtəli yanalma sistemi, helikopter meydançası və güclü akkumulyatorla təchiz olunacaq. Korpus “Vard” tərsanəsində tikiləcək. Gəmi sifarişçiyə  2026-cı ilin ikinci rübündə təhvil veriləcək.

“Vard Holdings Limited” (“VARD”) şirkətlər qrupu neft və qaz sənayesi üçün ixtisaslaşmış gəmilər inşa edir.  Norveçdə beş, Rumıniyada iki, Braziliyada iki və Vyetnamda bir gəmiqayırma zavodu da daxil olmaqla on gəmiqayırma şirkətini birləşdirir. “VARD”-ın əsas səhmdarı İtaliyanın “Fincantieri” gəmiqayırma qrupudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır