

Dünyanın ilk hidrogen yedək gəmisi istismara hazırdır
Dünyanın hidrogenlə işləyən ilk yedək gəmisi Antverpen limanı akvatoriyasında işə başlamağa hazırdır.
“Seanews.az” xəbər verir ki, bu barədə Antverpen-Zeebrugge Liman İdarəsi və “CMB.TECH” şirkətinin birgə press-relizində məlumat verilib.
“Hydrotug 1” adlanan yedək gəmisi ənənəvi bunkerlə birlikdə hidrogendən istifadə edəcək və hər birinin gücü 2 MVt olan iki “BeHydro V12” iki yanacaqlı mühərriklə təchiz edilmişdir. Bu, ənənəvi bunkerin istehlakını 65% azaltmaqla yanaşı, atmosferə tullantıları da xeyli azaldır. 415 kq sıxılmış hidrogen altı çəndə eyni vaxtda göyərtədə saxlanıla bilər.
İspaniyanın “Armon” gəmiqayırma zavodunda inşa edilən gəmi bu il mayın 16-da suya salınıb və Ostenddə hidrogen mühərriklərinin quraşdırılması həyata keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır