Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

LNG ilə işləyən yüksək sürətli yük-sərnişin bərəsi təhvil verilib

Kompozit materiallardan gəmilərin yaradılması üzrə ixtisaslaşan Avstraliyanın “Incat Crowther” şirkəti və İspaniyanın “Astilleros Armon” gəmiqayırma şirkəti Avropa bərə operatorlarını böyük və yüksək sürətli yük-sərnişin bərələri (Ro-Pax) ilə təchiz etmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, şirkətlər İspaniya donanmasının operatoru “Balearia” üçün iki 123 metrlik gəmi tikmək kimi birgə iş təcrübəsinə malikdirlər. Bu iki bərədən birincisi “Eleanor Ruzvelt” 2021-ci ilin ortalarından istismardadır. “Marqarita Salas” adlı ikinci gəmi bir həftə əvvəl – dekabrın 14-də suya buraxılıb.

Çatdırılan Ro-Pax bərələri 24 aydan az müddətdə layihələndirilib və tikilib. Gəmilər mayeləşdirilmiş təbii qazla (LNG) işləyən iki yanacaqlı mühərriklərlə təchiz olunub. Gələcəkdə bərələr biometan və yaşıl hidrogen qarışıqları da daxil olmaqla alternativ yanacaqla işləyə biləcək.

Avstraliyanın “Incat Crowther” şirkəti kompozit materiallardan, alüminiumdan və poladdan monogövdəli katamaran və trimaran gəmilərinin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşıb. Şirkətin baş ofisi Belrozda (Avstraliya), filialları isə Lafayette (Luiziana, ABŞ) və Sauthemptonda (Böyük Britaniya) yerləşir.

“Balearia” İspaniyanın iri gəmiçilik şirkətidir və 15 yük bərəsi, 14 sürətli katamaran və bir yük gəmisindən ibarət donanmaya malikdir. Gəmilər Pireney yarımadası, Balear adaları, Cəbəllütariq boğazı və Baham adaları arasındakı marşrutlarda işləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır