Keniyada tankerdə partlayış olub - FOTO+VİDEO
Keniyanın Mombasa limanında təmirdə olan "East Wind II" yanacaq tankerində partlayış baş verib.
"Seanews.az" xəbər verir ki, şəhərin sahilyanı ərazilərində hiss edilən partlayış nəticəsində bir nəfər yaralanıb.
Gəmidəki yanğını söndürmək üçün əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.
Partlayışın çənlərdə qaz toplanması səbəbindən baş verdiyi təxmin edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır