Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Yeni avtomobil daşıyıcısı 3 ay tez istismara verilib

“China Merchants – Jinling Shipyard” tərsanəsi “CMA CGM”-ın maraqları üçün “Eastern Pacific Shipping” gəmiçiliyinin sifarişi ilə inşa edilmiş dörd LNG avtomobil daşıyıcısından birincisini istismara verib. Gəmi “CMA CGM Indianapolis” adlandırılıb.

“Seanews.az” xəbər verir ki, konteyner gəmisi 10 il müddətinə “CEVA Logistics” (“CMA CGM”-a daxildir) şirkətinin idarəçiliyinə veriləcək.

2024-cü ildə daha üç avtomobil daşıyıcısının istismara verilməsi planlaşdırılır.

“Eastern Pacific Shipping” 2021-ci ilin ortalarında “China Merchants Jinling Shipyard”-a avtomobil daşıyıcılarının tikintisini sifariş edib. Gəmilərin uzunluğu 200 metr, tutumu 7 min avtomobil, göyərtələrinin sayı 12 olacaq.

Gəmilər Çin-Avropa marşrutunda istismar ediləcək və ildə 140 min avtomobil daşıyacaq.

“China Merchants” vurğulayır ki, gəmiqayırma zavodu “CMA CGM Indianapolis”-i vaxtından 102 gün əvvəl təhvil verməyi bacarıb və bu, gəminin 2023-cü ildəki son tədarükü olub.

 Xatırladaq ki, “CMA CGM” dörd avtomobil daşıyıcısını icarəyə götürmək niyyətindədir, bu barədə mart ayında mətbuatda məlumat dərc olunmuşdu. “CEVA Logistics” və “Eastern Pacific Shipping” arasında uzunmüddətli çarter müqaviləsi may ayında imzalanıb.

Ümumilikdə, “EPS” 16 avtomobil daşıyıcısının tikintisini sifariş edib: altı LNG ilə işləyən gəmi “Jinling” gəmiqayırma zavodunda və 10 gəmi Nankindəki “China Merchant” gəmiqayırma zavodunda tikilir. Onların 2026-cı ilədək çatdırılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır