Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Dünyanın üçüncü ən böyük gəmiqayırma şirkəti iki ammonyak tankerinin tikintisi üçün 240 milyon dollarlıq müqavilə imzalayıb

Cənubi Koreyanın “Samsung Heavy Industries Co.” şirkəti iki böyük ammonyak tankerinin tikintisi üçün 240 milyon dollarlıq müqavilə imzalayıb.

“Seanews.az” bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.

Müqavilənin şərtlərinə görə, gəmilər 2027-ci ilin iyun ayına qədər Sakit okean regionundan adı açıqlanmayan gəmiçilik şirkətinə təhvil verilməlidir.

Beləliklə, bu il “SHI” tərəfindən alınan sifarişlərin ümumi dəyəri 6,8 milyard dollara çatıb ki, bu da 2023-cü il üçün nəzərdə tutulan 9,5 milyard dolların 72%-ni təşkil edir.

Dekabrın 26-dək “Samsung Heavy” üç il müddətinə gəmiqayırma müqavilələri bağlayıb. Bu sifariş kitabının ümumi dəyəri 31,9 milyard dollardır.

Qeyd edək ki, “Samsung Heavy Industries Co.” sifarişlərə görə dünyanın üçüncü ən böyük gəmiqayırma şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır