Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Sinqapurun “EPS” şirkəti ammonyak mühərrikli üç gəmi sifariş edib

Sinqapurun “Eastern Pacific Shipping” (“EPS”) şirkəti iki yanacaqlı “Newcastlemax” ammonyak gəmilərinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, gəmilər Çin Dövlət Gəmiqayırma Korporasiyasının Sindao şəhərindəki “CSSC Qingdao Beihai Shipbuilding” tərsanəsində inşa ediləcək.

“EPS” hər gəmi üçün təxminən 80 milyon dollar və ya ümumilikdə altı gəmi üçün 480 milyon dollar ödəyəcək.

İlk üç “Newcastlemax” gəmisi 2026-cı ilin üçüncü və dördüncü rübündə təhvil verilməlidir. Dedveyti 210 min ton olan üç əlavə gəmi üçün təsdiqlənmiş sifarişin 2027-ci ildə yerinə yetiriləcəyi gözlənilir.

Qeyd edək ki, “Eastern Pacific Shipping” şirkəti daha dörd oxşar gəminin tikintisi barədə də götür-qoy edir. Bu halda 10 gəminin tikintisinin ümumi dəyəri 800 milyon dollara çatacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır