Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“ONE” metanolla işləyən daha 12 gəmi sifariş edib

“Ocean Network Express” (“ONE”, Sinqapur) gəmiçilik şirkəti metanoldan istifadə edə bilən 13 min TEU tutumlu on iki iki yanacaqlı konteyner gəmisinin tikintisini sifariş edib.

Seanews.az”  xəbər verir ki, gəmilər 2026-2027-ci illərdə istismara veriləcək.

“Intermodal Shipbrokers” bu böyük gəmiqayırma müqaviləsinin Çinin iki tərsanəsi – “Jiangnan Shipyard” və “Yangzijiang Shipbuilding” arasında bölündüyünü bildirib.

Xatırladaq ki, “ONE” 2023-cü ilin martında mühərrikləri metanol və ya ammonyakdan istifadə etməyə hazırlanacaq 10 konteyner gəmisinin tikintisinə dair müqavilə imzalayıb. Bu gəmilərin layihəsi müxtəlif enerjiyə qənaət edən texnologiyalardan istifadəni əhatə edir. 2022-ci ilin may ayında isə gəmiçilik şirkəti eyni sayda gəmi sifariş edib.

Bu ilin iyun ayında Sinqapur şirkəti 24 min TEU tutumlu ekoloji cəhətdən təmiz “Megamax” sinifli ilk konteyner gəmisi və IMO-nun tələblərinə cavab verən işlənmiş qazın təmizlənməsi sisteminə malik mühərrikləri olan “ONE Innovation”-ı əldə edib.

Beləliklə, “ONE” şirkəti 2050-ci ilədək karbon neytrallığına nail olmaq üçün uzunmüddətli proqramına uyğun olaraq müasir, ekoloji cəhətdən təmiz konteyner gəmiləri parkına sərmayə qoyur.

“Ocean Network Express Holdings, Ltd.” (“ONE”, baş ofisi Sinqapurda yerləşir) 2017-ci ildə Yaponiyanın “Nippon Yusen Kaisha” (“NYK”), “Mitsui O.S.K. Lines” (“MOL”) və “K-Line” şirkətlərinin birgə müəssisəsi kimi yaradılıb.

“ONE” ümumi donanma tutumu təxminən 1,4 milyon TEU olan ana şirkətdən konteyner daşınmasını öz üzərinə götürüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır