

“OOCL” yeni ilin ilk konteyner gəmisini istismara qəbul edib
“OOCL” gəmiçilik şirkəti 24 min TEU tutumlu bu ilin ilk konteyner gəmisini istismara qəbul edib.
“Seanews.az"-ın məlumatına görə, gəmi “OOCL Valencia” adlandırılıb.
Konteyner gəmisi Çinin “Nantong COSCO KHI Ship Engineering” (NACKS) tərsanəsində inşa edilib. Bu, 2020-ci ildə “OOCL” tərəfindən sifariş edilən 24 min TEU-dan çox tutumlu 12 “yaşıl” konteyner gəmisindən yeddincisidir.
Yeni konteynerdaşıyan gəmidən Asiya-Avropa ticarətində LL1 xidmətində istifadə olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır