

“Seaspan Garibaldi” suya buraxılıb
“Seaspan Energy” şirkətinin 7,6 min kubmetr tutumlu “Seaspan Garibaldi” gəmisinin suya buraxılması mərasimi keçirilib.
“Seanews.az”-ınməlumatına görə, mayeləşdirilmiş təbii qaz (LNG) bunker gəmisi seriyasından iki gəmi 2024-cü ildə, üçüncü gəmi 2025-ci ildə istismara veriləcək.
Seriyanın ilk gəmisi olan “Seaspan Garibaldi” Panamada yerləşdiriləcək. İkincisi Şimali Amerikanın qərb sahillərinə xidmət edən gəmiləri yanacaqla təmin edəcək.
Uzunluğu 112,8 metr, eni 18,6 metr, suya oturumu 5 metr, sürəti 13 düyün olan bunker gəmiləri “CIMC Sinopacific Offshore & Engineering” (“CIMC SOE”) gəmiqayırma zavodlarında tikilir. Şirkət kiçik qaz daşıyıcılarının tikintisi üzrə ixtisaslaşıb. “CIMC SOE” indiyədək 30-dan çox qaz daşıyıcısı inşa edib.
LNG bunkerinq layihəsini hazırlayarkən “Seaspan” Kanadanın “VARD Marine Inc” şirkəti ilə əməkdaşlıq edib. Layihə zərərli emissiyaların və sualtı səs-küyün azaldılmış səviyyələri ilə xarakterizə olunur. Layihə gəmiyə yan-yana bunkerlər aparmağa və yanacağı sahil xətləri ilə çatdırmağa imkan verəcək.